Ukraynanın Rusiya ilə müharibə bitməmiş NATO-ya daxil olması qeyri-mümkündür, lakin prosedura hətta təcavüzkarla qarşıdurma mərhələsində də başlana bilər.
BUTA.TV xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Müharibə zamanı bu, mümkün deyil, lakin hesab edirəm ki, Alyansa üzv ölkələrin parlamentlərində bu məsələnin müzakirəsi prosesinə başlanılmaqla, Ukrayna NATO-ya dəvət almalıdır. Bu proses davam edə bilər və bu, Ukrayna müdafiəçilərinin ruh yüksəkliyi üçün çox vacibdir. Ukrayna NATO-ya tamhüquqlu üzvlük üçün səy göstərməlidir. Ukraynanın gələcək üzvlüyü NATO-nun gücü və Polşanın təhlükəsizliyi üçün çox vacibdir”, - Duda bildirib.
- Keçid ballarının artacağı gözlənilir - DİM sədri
- “Keçid ballarının artacağı gözlənilir”
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı