İran Pakistan ərazisinə zərbələr endirib. Pakistan XİN səviyyəsində etiraz etdi. Amma İslamabadın real cavabının olub-olmayacağı bilinmir. Çünki İran Pakistanın dövlət obyektlərinə deyil, Tehranın terrorçu adlandırdığı radikal qrupun obyektlərinə zərbələr endirib.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Pakistan isə bilir ki, bütün ərazisinə, xüsusən də “qəbilə zonası” adlanan əraziyə nəzarət edə bilməz. Ola bilsin ki, Pakistan İranın öz düşmənlərini də məhv etməsinə sevinir. Etiraz isə asayiş naminə edilib. İranın hədəf aldığı qrup bəluclardır. Onlar həm İran, həm də Pakistan üçün separatçı sayılır. Ona görə də İranla Pakistan arasında heç bir münaqişə olmayacaq. Hətta ola bilsin ki, onlar İranın zərbəsinin məqsədlərinə dair əvvəlcədən razılaşıblar. Hərbi kəşfiyyat səviyyəsində razılaşma ola bilər”, - o bildirib.
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- “İnsan həyatı üçün ciddi təhlükə var” - Həmin klinikada yoxlama
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam