Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində “Kristal Abşeron”un “Sumqayıt 10-cu mikrorayon” layihəsinin təmir keyfiyyətindən bəhs edən bir sıra video paylaşımlar edilib.
BUTA.TV xəbər verir ki, şirkətinin işgüzar nüfuzuna xələl gətirən bu hadisə ilə bağlı “Kristal Abşeron” artıq rəsmi şəkildə məhkəməyə müraciət edib. Şirkət dəymiş ziyanın ödənməsi üçün 1 milyon manat tələb edir.
Bundan əvvəl isə məsələ ilə bağlı şirkətin belə açıqlaması olmuşdu: Mənzili 19 mart 2019-cu ildə, təhvil-təslim aktı əsasında tam təmirli və standartlara cavab verən şəkildə müştəriyə təhvil verib. Təhvil-təslim aktının mənzil haqqında olan təlimatlar hissəsində bir sıra məlumat xarakterli informasiyalar verilib. Həmin aktda qeyd olunur ki, mənzildə yaşayış olmadığı təqdirdə divar kağızı və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olub ki, mənzil sahibi tərəfindən bu tip tövsiyələrin heç birinə əməl olunmayıb. Əlavə olaraq da yaşadığı müddət ərzində sakin tərəfindən şirkətə hər hansı bir şikayət daxil olmayıb.
Məsələ ilə bağlı şirkətə sorğu ünvanlamışıq və cavab gözləyirik.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi