Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil KİA markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Cəlilabad rayon Göytəpə şəhər sakinləri, 1995-ci il təvəllüdlü İslam Fərhadov və 1998-ci il təvəllüdlü Vahid Yağnəliyev hadisə yerində ölüblər.
İki nəfər - Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri, 1957-ci il təvəllüdlü Loğman Qüdrət oğlu Bayramov, 1982-ci il təvəllüdlü Habil Abasağa oğlu Əliyev müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- “Keçid ballarının artacağı gözlənilir”
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah hava necə olacaq?