BMT Baş katibi Antonio Qterreşlə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Telefon danışığı zamanı tərəflər Yaxın Şərq və Qırmızı dənizdəki vəziyyəti müzakirə ediblər. Qırmızı dənizdəki vəziyyətlə bağlı baş katib bir daha bütün tərəfləri gərginliyin daha da artmasına yol verməməyə və BMT Təhlükəsizlik Şurasının 2722 saylı qətnaməsinin müddəalarını tam şəkildə yerinə yetirməyə çağırıb”, - Düjarrik bildirib.
Qeyd edək ki, yanvarın 10-da BMT Təhlükəsizlik Şurası Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinə dair qətnamə qəbul edərək, gəmilərə hücumların dərhal dayandırılmasını tələb etmişdi.
- “Keçid ballarının artacağı gözlənilir”
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah hava necə olacaq?