“Leobank” müştərinin 265 manatını “yedi”

15:00 - 17 Yanvar 2024 - GÜNDƏM

 “Leobank” müştərinin 265 manatını “yedi”

“Leobank” müştərinin kartından onun heç bir təsdiqi olmadan 265 manat pul silib.

Bu barədə BUTA.TV-a Bakı sakini Aysel Abdullayevanın müraciətində bildirilib.

A.Abdullayevanın sözlərinə görə, onun kartından vəsait 14 yanvarda silinib. Kartdan pul çıxılması ilə bağlı bildiriş isə ona 15 yanvar tarixində gəlib. Daha sonra şikayətçi banka müraciət edib, aydınlaşdırma istəyib. Bank məbləğin “Zoom.us” saytından sifariş etdiyi məhsula görə çıxıldığını iddia edib.

Şikayətçi qeyd edib ki, hansısa bir məhsul sifariş etməyib və şikayət ərizəsi yazmaq istəyib. Amma “Leobank” ərizəni qəbul etməyib.

Məsələ ilə bağlı “Leobank”ın *7773 dəstək xəttindən saytımıza bildirilib ki, bu haqda heç bir bilgi verə bilməzlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol