Başqırdıstanın (Rusiya) Baymak Rayon Məhkəməsi yerli fəal Fail Alçinovu milli mənsubiyyətə görə nifrət salmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.
BUTA.TV xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məhkəmə 37 yaşlı Alçinovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (nifrət və ya düşmənçik salınması, insan ləyaqətinin alçaldılması) maddəsi ilə təqsirli bilib. Bu maddə üzrə maksimum sanksiya 5 ilədək azadlıqdan məhrumetmədir. İşə bağlı qapılar arxasında baxılıb.
Məhkəmə müəyyən edib ki, Alçınov 2023-cü il aprelin 28-də kənd mədəniyyət evinin yaxınlığındakı vətəndaşların yığıncağında erməni, Qafqaz və Orta Asiya millətlərindən olan şəxslərə münasibətdə mənfi çıxışlar edib.
Bildirilir ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü