SEPAH-ın son iki gün ərzində İraqın Ərbil şəhəri, həmçinin, Pakistanla sərhəd kəndə raket və PUA hücumları etməsindən sonra İran raketlərinin gücü, dəqiqliyi müzakirə mövzusuna çevrilib.
BUTA.TV xəbər verir ki, bu barədə iranlı sosial media fəalları paylaşımlar ediblər.
İstifadəçilər SEPAH-ın raketlərinin gücü barədə iddialarını şişirdilmiş hesab edir, buraxılan 30-a yaxın raketlə 7 mülki şəxsin öldürülməsini bunun əyani sübutu olduğunu bildirirlər.
Qeyd edək ki, SEPAH Ərbil şəhəri və Suriyanın cənubuna 24 raketlə zərbə endirdiyini, bunun ölkə tarixində ən geniş raket hücumu olduğu barədə məlumat yayıb.
Pakistanla sərhəddə atılan raketlərin dəqiq sayı barədə açıqlama verilməsə də, yerli qaynaqlar hücumda 4 raket və bir neçə kamikadze PUA-dan istifadə edildiyini açıqlayıblar.
Rəsmi məlumatlara görə, Ərbil şəhərinə buraxılan raketlərin 4-ü İranın ən güclü balistik raketi sayılan 9 metrlik “Xeybərşekən” raketidir.
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- “İnsan həyatı üçün ciddi təhlükə var” - Həmin klinikada yoxlama
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam
- 135 saylı marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...
- Nigara görə həkimlərə bu cəza verildi