“Qırmızı kitab”a düşmüş quşu ovlayan şəxs saxlanıldı

18:36 - 17 Yanvar 2024 - GÜNDƏM

 “Qırmızı kitab”a düşmüş quşu ovlayan şəxs saxlanıldı

Kürdəmirdə “Qırmızı kitab”a düşmüş bəzgək quşu ovlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Pirili kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini Ş.Abasov saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən bəzgək quşu götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol