İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Abdullahian bildirib ki, İranın təhlükəsizliyi Pakistandan olan bu iranlı terror qruplaşması tərəfindən dəfələrlə təhdid edilib:
"Bu qrup dəfələrlə İranda törədilən terror aktlarının məsuliyyətini öz üzərinə götürüb. Bu əməliyyatda heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb”.
Pakistanın xarici işlər naziri isə deyib ki, İran Pakistandakı terror qrupları barədə məlumat verməlidir.
Qeyd edək ki, ötən gün İran Pakistan ərazisinə zərbə endirmişdi. Pakistanın Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirmişdi.
- Ağdamın yeni nəslinin nəfəsi - Video
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam
- 135 saylı marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var
- AZAL Tiflis və İstanbul istiqamətində reyslərin sayını artırır