20:26
Bu gün dünyaca tanınmış aktyor Arnold Şvartsenegger Almaniyanın Münhen hava limanında gömrük nəzarətindən keçərkən saxlanılıb.
Kult.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat dərc edib.
Onun “Audemars Piguet” şirkətinin bahalı qol saatına görə saxlanıldığı bildirilib.
Şvartseneggerin saatı hərracda satmaq niyyətində olduğu iddia edilib.
***
Almaniyanın Baş Gömrük İdarəsi Amerikalı aktyor Arnold Şvartseneggerin Münhendə saxlanıldığını təsdiqləyib.
Gömrük İdarəsi bildirib ki, aktyor vergi qanunlarını pozmaqda şübhəli bilinir və məhkəmə prosesi başlayıb. Aktyor tezliklə azadlığa buraxılacaq.
"Təsdiq edə bilərəm ki, o, təxminən iki saatdır ki, bizimlədir. Bu, bizdən tələb olunan standart prosesdir. Vergi icraatı başlayıb", - gömrük nümayəndəsi bildirib.
- Ağdamın yeni nəslinin nəfəsi - Video
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam
- 135 saylı marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var
- AZAL Tiflis və İstanbul istiqamətində reyslərin sayını artırır