2023-cü il üzrə dünyanın ən yaxşı qida məkanlarının adları məlum olub.
BUTA.TV xəbər verir ki, tanınmış səyahət platforması “Tripadvisor”da 2023-cü il ərzində turistlər arasında qida məkanları ilə bağlı səsvermə keçirilib. Nəticələrə əsasən, Bakı şəhəri dünya miqyasında qida məkanları siyahısında 13-cü yeri tutub.
Qeyd edək ki, siyahı sayt istifadəçilərinin rəy və fikirlərinə əsaslanır və minlərlə şəhərin arasından qida məhsullarının əlçatanlığına görə 25 şəhər “Best of the Best” mükafatına layiq görülür. Platformanın veb-saytındakı “Dünya üzrə qida məkanları” bölməsində Bakının mövcud reytinqi ölkəmizdə son zamanlar qida sahəsində həyata keçirilən davamlı və məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirilir. “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı otelləri, yemək üçün uyğun restoranları tövsiyə edir. Platformanın 8 milyonluq siyahısının cəmi 1%-dən az hissəsi “Best of the Best” mükafatına layiq görülür ki, bu da səyahətdə ən yüksək mükəmməllik səviyyəsini göstərir.
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər