Ərəb Liqasından İrana cavab: Bir daha təkrar olunarsa...

23:34 - 17 Yanvar 2024 - GÜNDƏM

 Ərəb Liqasından İrana cavab: Bir daha təkrar olunarsa...

Ərəb Dövlətləri Liqası İran tərəfinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbil şəhərinə endirdiyi zərbələrlə bağlı verdiyi izahatları qənaətbəxş hesab etmir.

BUTA.TV xəbər verir ki, bu barədə Ərəb Liqası Şurasının fövqəladə iclasının yekunları üzrə qəbul edilmiş bəyanatda bildirilib.

Təşkilat yekun qətnaməsində sözügedən hücum və onun nəticələrinə görə tam məsuliyyəti Tehranın üzərinə qoyub və belə hərəkətlərin bir daha təkrar olunacağı təqdirdə bütün regionda sülh və təhlükəsizliyi sarsıdacaq son dərəcə təhlükəli presedent adlandırıb.

Ərbilə hücumun özü Ərəb Liqasında “İraqın suverenliyinə qarşı açıq təcavüz” və “yaxşı qonşuluq və beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması” kimi qiymətləndirilib.

İclas iştirakçıları İraqın ərazi bütövlüyünü müdafiə etmək və bu cür hərəkətlərə cavab vermək üçün “beynəlxalq hüquqla tənzimlənən bütün diplomatik və hüquqi vasitələrdən istifadə etmək” hüququnu tanıyıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol