“Qüds Briqadası” (İslami Cihad qruplaşmasının hərbi qanadı – red.) Xan-Yunis şəhərində İsrail komanda məntəqəsinə raket zərbəsi endirib.
BUTA.TV xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında məlumat yayılıb.
Komanda məntəqəsinin “Malyutka” raketi ilə məhv edildiyi bildirilib.
“Qüds Briqadası” həmçinin Qəzza zolağının mərkəzi hissəsindəki "Bureyc" fələstinli qaçqın düşərgəsi üzərində kəşfiyyat uçuşu həyata keçirən İsrail kvadrokopterini vurduqlarını bildiriblər.
Hücumlar nəticəsində İsrail hərbçiləri arasında ölən və yaralananların olduğu qeyd edilib.
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam
- 135 saylı marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var
- AZAL Tiflis və İstanbul istiqamətində reyslərin sayını artırır
- Estetik cərrah və anestezioloqa hökm oxundu