Burkina-Faso ordusu Konqusi bölgəsində (Bam əyalətinin şimalı) Kurpele şəhərini ələ keçirmək üçün hücuma cəhd edən bir qrup silahlı terrorçunu məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yaraqlılar kəndə uğursuz hücumdan sonra meşədə gizlənməyə çalışıblar. Bununla belə, hərbçilər kəşfiyyat aparatlarının köməyi ilə terrorçuların yerini müəyyənləşdirə bilib və onlara dəqiq raket zərbəsi endiriblər.
Bildirilib ki, hakimiyyət terrorçular tam məhv edilənə qədər onları təqib etmək niyyətindədir.
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var
- AZAL Tiflis və İstanbul istiqamətində reyslərin sayını artırır
- Estetik cərrah və anestezioloqa hökm oxundu
- Meşəyə insan gəlib... - Video
- Yük maşını avtomobilə çırpıldı: 2 ölü, 3 yaralı
- Şamaxıda oğul atasını bıçaqladı
- 4 gün idi itkin düşmüşdü, meyiti kanalda tapıldı