Qazaxıstan parlamenti Prezident Qasım-Jomart Tokayevin BMT-nin sülhməramlı missiyalarına hərbçilərin göndərilməsi təklifini dəstəkləyib.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, ümumilikdə Qazaxıstan ordusunun 430 hərbçisi BMT-nin Yaxın Şərq, Cənubi Sudan Respublikası və Abyeydəki sülhməramlı missiyalarında iştirak edəcək.
Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov da bildirib ki, ölkənin ilk sülhməramlı kontingenti olan 139 nəfər hərbi qulluqçu bu ilin mart ayından etibarən Qolan təpələrində atəşkəsə nəzarət etmək üçün BMT qüvvələrinin missiyasında iştirak edəcək.
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var
- AZAL Tiflis və İstanbul istiqamətində reyslərin sayını artırır
- Estetik cərrah və anestezioloqa hökm oxundu
- Meşəyə insan gəlib... - Video
- Yük maşını avtomobilə çırpıldı: 2 ölü, 3 yaralı
- Şamaxıda oğul atasını bıçaqladı
- 4 gün idi itkin düşmüşdü, meyiti kanalda tapıldı