Rusiyanın “Bilayn” mobil operatoru etiraz aksiyaları zamanı Ufada rabitə və mobil internetin verilişini dayandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Samara, Kazan, Saratov və Tolyatti şəhərlərində də mobil şəbəkədə qırılmaların qeydə alındığı bildirilib.
Rusiya mətbuatının məlumatına görə, güc strukturları Ufada etiraz aksiyasının keçirildiyi meydanı artıq təmizləyiblər.
Qeyd edək ki, bu gün Başqırdıstanın Ufa şəhərində etiraz aksiyası keçirilib. Aksiya zamanı etirazçılarla OMON arasında toqquşmalar da baş verib.
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var
- AZAL Tiflis və İstanbul istiqamətində reyslərin sayını artırır
- Estetik cərrah və anestezioloqa hökm oxundu
- Meşəyə insan gəlib... - Video
- Yük maşını avtomobilə çırpıldı: 2 ölü, 3 yaralı
- Şamaxıda oğul atasını bıçaqladı
- 4 gün idi itkin düşmüşdü, meyiti kanalda tapıldı