Azərbaycanlılar Zəngəzur ərazisindən, Ərəfsə kəndi istiqamətindən sərhədi keçərək, Azərbaycana daxil olan qoyunları geri qaytarıblar.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası Dığ (Tex) kənd icmasın rəhbəri David Quluntsa istinadla məlumat yayıb. Məlum olub ki, erməni qoyunlarının ardınca çoban və onun 16 yaşlı oğlu da sərhədimizi keçmək istəyib, lakin Azərbaycan əsgərlərinin yaxınlaşdığını görərək qaçıblar.
Qeyd edək ki, erməni mediası dünən qoyunlarının sərhədi keçməsini “Azərbaycanlılar qoyunları oğurladı” başlığı ilə yaymışdı, bu gün isə “Azərbaycanlılar oğurladıqları erməni qoyunları qaytardı” başlığı ilə həyasızlıqlarını davam etdiriblər.
- Rusiya gəmisi vuruldu, İstanbula yan aldı
- Türkiyədə bir sıra konsertlər ləğv edildi
- Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
- Əliyevalar klassik avtomobil sərgisində - Fotolar
- Rusiya meşə yanğını yaşayış sahələrinə çatır
- Rusiya danışıqlara açıqdır - Kreml
- Hörmüzdə neft tankeri hücuma məruz qaldı
- Marseldə atışma: ölən və yaralananlar var