Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov Baş nazir Əli Əsədov ilə görüşdə partlayıcı qurğular üzrə texniki kadrların hazırlanmasının bərpasını təklif edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya FHN mətbuat xidməti məlumat yayıb.
“Rusiya FHN rəhbəri minatəmizləmə üzrə azərbaycanlı mütəxəssislərin hazırlanması üzrə əməkdaşlığı bərpa etməyə hazır olduğunu bildirib. Belə ki, 2021-ci ildə Rusiya FHN mütəxəssisləri 114 azərbaycanlı pirotexnikə təlim keçiblər. Rusiya FHN bu təcrübəni bərpa etməyə hazırdır”, - qurumdan bildirilib.
Bundan əvvəl Rusiya FHN humanitar yardım çərçivəsində Qarabağda 728 hektardan çox ərazidə iş aparıb, 17,6 mindən çox partlayıcı obyekti zərərsizləşdirib.
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
Həmçinin koronavirus pandemiyasına qədər ardıcıl üç il keçirilmiş “Xəzər” təlimlərinin bərpası da təklif olunub.
“Bu cür təlimlər ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir və bütün Xəzər regionu üçün böyük əhəmiyyət kəsb edir. Rusiya və Azərbaycanın Fövqəladə Hallar nazirlikləri Xəzər dənizində iki aparıcı FHN olaraq onların təşkilində əsas rol oynamalıdır”, - mətbuat xidməti Kurenkovdan sitat gətirib.
- Vüsal Nəsirli direktoru işdən çıxardı – Yeni təyinat
- 2 gün əvvəl dənizdə batan Nurlanın meyiti tapıldı
- “Azercell”in dəstəklədiyi paralimpiyaçılar 34 medal qazandı
- Avqustda orta aylıq temperatur yüksək olacaq
- 36 yaşlI qadın yıxılıb başından xəsarət aldı, öldü
- Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video
- Kolleclərə ixtisas seçimi nə vaxt başlayır?
- Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi