Azərbaycanın ərazi bütövlüyünün təmini və Qarabağ üzərində suverenliyinin bərpası bir qisim ölkənin siyasi dairəsində açıq-aşkar narazılıq yaradıb, bizə qarşı müxtəlif təzyiq alətləri işə düşüb. Ancaq zaman keçdikcə bu təzyiqlər azalacaq və müxtəlif mərkəzlər Qarabağ mövzusunu unudacaq, bizə qarşı “ermənilər geri qaytarılmalıdırlar” kimi mənasını itirən tələb irəli sürməyəcəklər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O, buna misal olaraq İkinci Qarabağ müharibəsində Kanada hökumətinin Türkiyəyə qarşı silah embarqosu tətbiq etməsini xatırladıb:
“Məqsəd Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatlarını Kanada istehsalı olan komponentlərdən məhrum etmək idi. Düşünürdülər ki, guya Türkiyə bu vəziyyətdə Azərbaycana pilotsuz uçuş aparatları göndərə bilməyəcək. İtirən Kanada oldu. Çünki “Bayraqdar” şirkəti pilotsuz uçuş aparatları üçün həmin komponentləri özü istehsal etdi.
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
Budur, Kanada hökuməti İkinci Qarabağ müharibəsindən 3 il 2 ay sonra Türkiyəyə müdafiə sənayesi sahəsində qoyduğu embarqonu rəsmi olaraq ləğv edib. Əlbəttə, bunun səbəblərindən biri Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzlüyünə dair protokolu ratifikasiya etməsidir. Kanada şirkətləri hökumətinin məntiqsiz embarqo qərarına görə 250-300 milyon dollar arasında ziyana düşüblər. Embarqonun ləğvinin digər səbəbi isə odur ki, Qarabağ mövzusu artıq Kanada üçün aktual deyil və bu ölkə erməni separatizminə görə Türkiyə ilə münasibətləri gərgin saxlamaq istəmir. Bir müddət sonra Kanada Azərbaycana qarşı siyasətini də korrektə edəcək.
Ümumiyyətlə, zaman keçdikcə bir sıra ölkənin və mərkəzin erməni separatizminə görə antiazərbaycan mövqeyindən çıxış etməyə bəhanəsi qalmayacaq”.
- Vüsal Nəsirli direktoru işdən çıxardı – Yeni təyinat
- 2 gün əvvəl dənizdə batan Nurlanın meyiti tapıldı
- “Azercell”in dəstəklədiyi paralimpiyaçılar 34 medal qazandı
- Avqustda orta aylıq temperatur yüksək olacaq
- 36 yaşlI qadın yıxılıb başından xəsarət aldı, öldü
- Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video
- Kolleclərə ixtisas seçimi nə vaxt başlayır?
- Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi