Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı baş verən hadisəni “mübahisələndirməyə” cəhd edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına açıqlamasında deyib.
Rusiyalı deputat sosial şəbəkələrdə videosu yayılan və Rusiya XİN-in belə rəsmi etiraz etdiyi, hətta cinayət işi açılan hadisə haqda “əgər baş veribsə” ifadəsindən istifadə edib:
“Abidə həqiqətən təhqir edilibsə və bu hadisə baş veribsə, deməli, o şəxs ya dəli olub, ya da onu necə xarakterizə edəcəyimi bilmirəm. Hər halda abidənin təhqir olunması ilə bağlı hər şey yolverilməzdir”.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
Xatırladaq ki, 27 yanvar 2024-cü ildə Leninqradın mühasirədən azad edilməsinin 80 illiyi qeyd edilib. Bu münasibətlə İrəvandakı Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər və Rusiya bayraqları qoyulub. Erməni sakin abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını ayaqları altına ataraq tapdalayıb və bunu videoya çəkərək, sosial şəbəkə hesabında paylaşıb.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir