Prezident Vladimir Zelenskinin Ofisi Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnının hərbi deyil, siyasi bəyanatlar verməsindən narahatdır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Quardian”a açıqlamasında deyib.
Qonçarenko Zalujnının istefasını pis ideya adlandırıb.
Onun sözlərinə görə, baş komandanla Ukrayna rəhbərliyi arasında prinsipial fikir ayrılıqları yoxdur, sadəcə Zelenskinin Ofisində hesab edirlər ki, Zalujnı siyasi bəyanatlar verir.
Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Aleksey Qonçarenko bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi.
- 36 yaşlI qadın yıxılıb başından xəsarət aldı, öldü
- Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video
- Kolleclərə ixtisas seçimi nə vaxt başlayır?
- Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Bağırov yeni idarə yaratdı, rəis təyin etdi - Foto
- İsa Qəmbər 33 il sonra Qarabağda... - Video