Rusiyanın tanınmış onkoloqu Yuliya Şubina xərçəng xəstəliyinin irsi növlərini açıqlayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, xərçəng yalnız bədxassəli şişlərin bir növü deyil.
O qeyd edib ki, xəstəliyin bəzi növləri valideynlərdən də uşaqlara ötürülə bilər:
"Məsələn, döş, yumurtalıq, medullyar xərçəng və bağırsaq xərçəngi xəstəliyinin bəzi növləri buna aiddir".
Həkim profilaktiki tədbir olaraq anaları və ya nənələri adları qeyd edilən onkoloji xəstəlik növlərinə tutulmuş qadınlara yumurtalıq və döş xərçəngi inkişafının genetik riski üçün analiz verməyi tövsiyə edib. Onun sözlərinə görə, qalxanabənzər vəzi xərçəngi kalsitonin hormonunun analizi ilə üzə çıxa bilər və kolonoskopiyadan müntəzəm keçdikdə potensial bağırsaq patologiyasını aşkarlamağa kömək edəcək.
- Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirildi
- Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar
- Mənzil almaq adı ilə evə girdi, 5 minlik qızıl oğurladı
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq
- Nigar Fərhadın əri həbs edildi
- Məşhur şadlıq sarayı 3,5 milyona satılır
- Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
- Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı oldu - Foto