Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sənan Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BUTA TV xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib İttihama görə, hadisə 25 noyabr 2023-cü il tarixdə, saat 11:20-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Sənan Həsənov yaşadıqları evdə arvadı, zərərçəkmiş Günay Həsənovaya (şərti) xəstələnmiş azyaşlı övladlarına doşab məhsulu vermədiyinə görə irad bildirib. Bununla bağlı ailə daxili münasibətlər zəminində onların arasında mübahisə yaranıb. Bu zaman o, qadının üzərinə hücum edib qəsdən arvadının qolundan dişləyib, əli ilə onun saçından tutub dartaraq yerə yıxıb. Daha sonra Sənan yumruq və təpik zərbələri ilə Günayın sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək ona xəsarətlər yetirib.
Hadisədən sonra qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib və Sənan Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
- Şirvan kanalı bərpa edildi
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq
- Nigar Fərhadın əri həbs edildi
- Məşhur şadlıq sarayı 3,5 milyona satılır
- Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
- Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı oldu - Foto
- Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”
- Biləcəridə metroya yaxın mənzillər - Bu layihələr alıcıları cəlb edir