Ermənistan rəhbərliyinin erməni xalqı üçün düzgün seçim edəcəyini gözləyirik.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyanın daha təhlükəsizlik sahəsində əsas tərəfdaş ola bilməyəcəyi barədə sözlərini şərh edərkən deyib.
“Ölkələrimiz müttəfiq olaraq qalır, erməni xalqının maraqları Rusiya ilə qonşuluq münasibətlərindən ayrı deyil. Biz Ermənistan rəhbərliyinin bunu nəzərə alacağını və hazırkı geosiyasi transformasiyalar fonunda düzgün seçim edəcəyini gözləyirik”, - deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında etibarlı ikitərəfli hüquqi baza var:
“Bu, hərbi-texniki əməkdaşlığa da aiddir. Hər iki tərəfin suverenliyin, ərazi bütövlüyünün və təhlükəsizliyin qorunması da daxil olmaqla, bir-biri qarşısında öhdəlikləri var. İrəvan da KTMT çərçivəsində mümkün təcavüz halında kollektiv təminat altındadır. Ölkələr 2016-cı ildə qoşunların birgə qruplaşdırılmasına dair saziş imzalayıblar.
KTMT çərçivəsində fəal əməkdaşlığa qayıtmaq ilk növbədə Ermənistanın maraqlarına cavab verir. İrəvanın sərəncamında təşkilatın geniş imkanları var, onun potensialı çoxillik təcrübəyə əsaslanır”.
O, bəyan edilmiş məqsədlərdən uzaq məsələlərlə məşğul olan AB missiyasının müşahidəçilərindən fərqli olaraq, KTMT-nin Cənubi Qafqazda sabitləşdirici rol oynaya biləcəyini vurğulayıb.
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər
- Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video
- Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım olacaq
- Sergey Narışkin Bakıya gəlib
- Məhkəmədə Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi
- “Zəfər” ordenli generala yüksək vəzifə verildi
- Qazaxıstan nümayəndələri Azərbaycan HHQ-ni ziyarət etdi – Foto