Rusiya Qarabağ ermənilərinin arzu etdikləri təqdirdə onların bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazırdır.
BUTA.TV xəbər verir ki, bu sözləri TASS-a açıqamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımı qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsilə", - Qaluzin bildirib.
Rusiya XİN rəhbərinin müavininin iddia edib ki, Rusiyanın səyləri, o cümlədən altı sülhməramlının həyatı bahasına 2023-cü ilin sentyabrında Azərbaycanın əməliyyatı zamanı mülki əhalinin əhəmiyyətli itkilərinin qarşısı alınıb:
“Rusiya sülhməramlı kontingentinin fəal vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub və Qarabağın erməni əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında danışıqlar aparılıb. Sülhməramlılarımız mülki şəxsləri sığınacaqla təmin edib, humanitar yardım çatdırıb, tibbi evakuasiya təşkil ediblər”.
Qaluzin qeyd edib ki, bu hadisələr (Azərbaycan Ordusunun əməliyyat keçirməsi – red.) təsadüfən baş verməyib:
“Ermənistan tərəfi hələ 2022-ci ilin oktyabrında Aİ-nin himayəsi altında Praqada keçirilən sammitdə Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı onun tərkib hissəsi kimi tanıyıb. O zaman regionun erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunmamışdı. İndi Qarabağ Azərbaycanın hüquq sahəsinə inteqrasiya olunur”.
- Sensasion həbslər gözlənilir, gözlərinin yaşına baxmayacaqlar
- Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı
- Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
- Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
- Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan
- Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
- Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?