Dəməşqdə SEPAH komandirlərinin görüş yeri vuruldu
İsrailin Dəməşq ətrafında yerləşən Əldimas bölgəsində hava hücumu nəticəsində 3 qeyri-suriyalı öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, dağıdılan bina SEPAH və Livan Hizbullah-ı komandirlərinin görüşlərinin keçirildiyi binadır.
Qeyd edək ki, öldürülənlərin SEPAH və Hizbullah üzvləri olduqları barədə məlumatlar yayılsa da, bu hələlik rəsmi şəkildə təsdiq edilməyib.
Netanyahunun çıxışı zamanı zalı tərk etməyən AZƏRBAYCANLI DİPLOMAT kimdir? - DOSYE