Macarıstanda president seçkiləri martda keçiriləcək

16:58 - 11 Fevral 2024 - GÜNDƏM

 Macarıstanda president seçkiləri martda keçiriləcək

Macarıstanda prezident seçkiləri mart ayında keçiriləcək.

BUTA.TV xəbər verir ki, bu barədə hakim FİDES - Macarıstan Vətəndaş Birliyi Partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib.

Koçiş izah edib ki, əgər fevralın 11-də Prezident Katalin Novak parlamentə istefa ilə bağlı rəsmi bəyanat göndərsə, deputatlar 15 gün ərzində buna baxmalı olacaqlar:

“Onlar fevralın 26-da başlayacaq yaz sessiyasının ilk günündə istefa ilə bağlı qərar verə biləcəklər”.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

O, konstitusiyaya əsasən prezidenti seçən Macarıstan parlamentinin Novakın istefasını təsdiqləyəcəyinə şübhə etmir. Bundan sonra 30 gün ərzində dövlət başçısının seçkiləri keçirilməlidir:

“Bu o deməkdir ki, Macarıstanın mart ayında yeni prezidenti olacaq. FİDES - Macarıstan Vətəndaş Birliyi partiyası və onun müttəfiqləri - Xristian Demokratlar parlamentdəki 199 yerdən 135-nə sahibdirlər”.

Qeyd edək ki, dünən Macarıstan Prezidenti Katalin Novak istefa verdiyini açıqlamışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol