Sırskinin ata-anası Rusiyada yaşayır, oğlu isə...

17:48 - 11 Fevral 2024 - GÜNDƏM

 Sırskinin ata-anası Rusiyada yaşayır, oğlu isə...

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı Aleksandr Sırski Rusiyada doğulub və valideynləri də hazırda Rusiyanın Vladimir şəhərində yaşayır.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Rusiya mətbuatı yazır ki, Sırskinin anası Lyudmila oğlunun bu təyinatından narahatdır, hətta depressiyaya da düşüb. Ukraynalı generalın atasının da hazırda səhhətində problemlər var.

Aleksandr Sırskinin Avstraliyada yaşayan böyük oğlu da atasını karyeraçı, ailəsini satan adam adlandırıb:

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

“Onun valideynləri Vladimirdə yaşayır, özü isə vaxtilə cəza dəstələri yaratmışdı. O, tamamilə rus insanı idi. Hər şey başlayanda onunla danışmağa çalışdıq. O isə bizə dedi ki, siyasət belədir. Alçaqdır o”.

Qeyd edək ki, Aleksandr Sırski 1965-ci il iyulun 26-da Vladimir vilayətində anadan olub. Moskva ali ümumqoşun məktəbini bitirdikdən sonra Ukraynaya gedib və Daxili Qoşunların 6-cı diviziyasında xidmətə başlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol