Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “Teleqraf” qəzetinə müsahibəsində bildirib.
“Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – o qeyd edib.
Paşinyan güman edir ki, Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra buna nail olmaq mümkün olacaq:
“Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”.
- 8 qəsəbə və 4 kənddə qaz olmayacaq
- Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
- Məhkəmədən Martin Rayan barəsində qərar...
- Bakıda bu 2 avtobusun yolu dəyişdirilir
- Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - Video
- İranda məhbuslar 131-ci dəfə aclq aksiyası keçirdilər
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq