Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev insult keçirib.
Bu barədə BUTA.TV-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Hadisə ötən həftəsonu baş verib.
AFFA-nın dəstəyi ilə özəl xəstəxanalardan birinə yerləşdirilən keçmiş forvardın müalicəsi reanimasiyada davam etdirilir.
Onun vəziyyətinin sabit olduğu və yaxın vaxtlarda palataya köçürüləcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna 2 qol vurmuş Vadim Vasilyev karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə
- AXCP-nin daha bir üzvü DTX-yə aparıldı
- Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi