Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, baş həkim bu gün səhər saatlarında kəskin ürək çatışmazılığı səbəbindən həyatını itirib.
Qeyd edək ki, Lətif Bahadır oğlu Abasov 1965-ci ildə Bakıda anadan olub. O, 2006-cı ildən 2019-cu ilədək Xaçmaz RMX-də baş həkimin müavini, 2020-ci ildən etibarən baş həkim vəzifəsini icra edib.
- İranda məhbuslar 131-ci dəfə aclq aksiyası keçirdilər
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi