Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
İdarədən BUTA.TV-a bildirilib ki, dumanlı hava şəraiti hərəkət iştirakçılarının, nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havada yola çıxarkən diqqətli olmalıdırlar.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 15-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə duman olacağı, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video