Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mersedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar 1953-cü il təvəllüdlü Rahilə Qoç qızı Məmmədova, 1978-ci il təvəllüdlü Çingiz Aslan oğlu Qənbərov, 1987-ci il təvəllüdlü Nərmin Abbas qızı Səfərova, 1988-ci il təvəllüdlü Qurban Elşad oğlu Rəhimov, 2013-cü il təvəllüdlü Nurgül Qurban qızı Rəhimzadə, 2015-ci il təvəllüdlü Əli Qurban oğlu Rəhimli xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
- Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan
- Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan
- TƏCİLİ! Mübariz Mənsimov barəsində istintaq başladıldı
- Tramp Putinin ən dəhşətli kabusunu oyatdı - Eggert
- İranda etirazçılar öldürülsə... - Trampdan yeni xəbərdarlıq
- Reabilitasiya mərkəzindən qaçan Nəsimi Nəbizadə tapıldı
- İranda vəziyyət kritik həddə: dövlət bayrağı endirildi
- Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan