Bu gün Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarında biri, Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Simax Barux oğlu Yuşvayev (Simax Şeyda) 87 yaşında Almaniyanın Münhen şəhərində vəfat edib.
Kult.az xəbər verir ki, Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda dünyaya gəlib. 1965-ci ildən 1990-cı ilə qədər Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri olub. Eyni zamanda, “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb.
Dağ yəhudisi olan Simax Şeyda əsərlərini həmişə Azərbaycan dilində yazıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalının səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Uşaqlar üçün 5 mənzum pyesin müəllifidir. “Təyyarə” adlı uşaqlar üçün ilk şeir kitabı 1964-cü ildə nəşr olunub. Sonralar “Mən balaca kosmonavtam” (1967), “Yaxşı qız” (1979), “Kimin belə qızı var” (1983), “Tülkü, tülkü, tümbəki” və s. şeir kitabları işıq üzü görüb. Yazıçının bu günə kimi 24 kitabı nəşr olunub. Onlardan 11-i uşaqlar üçündür. Bu kitabların hər biri seçilmiş əsərlər adı ilə 5 cilddə çap edilib.
Simax Şeyda Azərbaycan klassik ədəbiyyatının dağ yəhudilərinin dilinə tərcümə edilməsi və yayılmasında mühüm rol oynayıb, onun tərcümələri Amerikada, Kanadada nəşr olunub. O, Nizami Gəncəvidən Əmirulla Gəncəviyədək 75 azərbaycanlı şairin şeirlərini dağ yəhudilərinin dilinə tərcümə edib.
Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə 2015-ci ildə "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.
- MKİ Xameneinin qaçış planını buna görə yayıb
- Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?
- Amerikaya qaçırılan Maduro niyə hər kadrda fərqli geyimlərdədir?
- "Baku City Karting"də faciə: 18 yaşlı oğlan öldü
- Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?
- Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya da təsir edəcək
- Martda 13 qeyri-iş günü olacaq
- Azərbaycanda bu siqaretlər bahalaşdı - Siyahı