İsveçin ikinci ən böyük şəhəri olan Höteburqda inşa edilən “Oceana” akvaparkında güclü yanğın baş verib.
BUTA.TV xəbər verir ki, yanğın tikinti işləri zaman başlayıb.
“Həyəcan siqnalı səsləndiyi an həmin yerdə 30-40 nəfər olub. Biz, əlbəttə ki, dərhal insanların evakuasiyasına, eyni zamanda, yanğını söndürməyə başladıq. Bu, plastiklə işlənmiş hündür binadır, buna görə də həm də güclü tüstülənmə baş verib”, - “NCC” tikinti şirkətinin istismar üzrə meneceri Klas Lüppert bildirib.
On üç nəfərin yüngül xəsarət aldığı deyilir.
Qeyd edək ki, Avropada ən böyük akvapark olan “Oceana”nın tikintisi 1,2 milyard dollara başa gəlib. Onun 2024-cü ilin yayında istismara verilməsi planlaşdırılır.
- Təsdiqləndi: qəza buna görə olub – bəs, niyə Aktauya uçub?
- Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
- Şəmşad Ağa saxlanıldı
- “Qumar kralı” Yusif həbs edildi
- AZAL bütün prosedurlara riayət edib - Hesabat
- Paşinyan ABŞ-da Bakının qara siyahısında olanla görüşdü
- Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - Foto
- İlkin hesabat yayıldı: Rusiya mediasını yenə “oynadı”