Kosovanın şimalındakı bələdiyyələrdə yaşayan serblər ölkədə avrodan istifadəyə başlanması və serb dinarından müvəqqəti istifadəyə icazə verilməsinə etiraz olaraq aksiya keçiriblər.
BUTA.TV xəbər verir ki, Şimali Mitrovitsada baş tutan aksiyada nümayişçilər Kosova hökumətinin serblərin avrodan istifadəyə başlaması üçün qeyri-müəyyən keçid dövrü təklifinə etiraz ediblər.
Serblər avronun Kosovada nağd ödənişlər üçün yeganə valyuta kimi istifadəsini etirazla qarşılayıb, qərarı ədalətsiz adlandırıblar.
Kosova polisi aksiyanın dinc şəkildə başa çatdığını bildirib.
Qeyd edək ki, fevralın 1-dən etibarən Kosovada nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Kosova hökuməti beynəlxalq təzyiqlər fonunda serb dinarını qadağan etmək barədə qərarının icrasını təxirə salıb və yerli serblər üçün keçid dövrü elan edib. Keçid dövründə serb dinarından istifadə edənlərin cəzalandırılmayacağı və Serbiyadan maliyyə vəsaiti axınına qadağa qoyulmayacağı açıqlanıb.
Serbiya Prezidenti Aleksandar Vuçiç isə Belqradın Kosova serblərinə dinarla ödənişləri davam etdirəcəyini bildirib.
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma
- Azərbaycanda bu vəzifələr ləğv olundu