Ankara Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin hər iki ölkədə seçki dövründən dərhal sonra baş tutacağını gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatına Türkiyə Prezident Administrasiyasındakı mənbə bildirib.
“Hələlik konkret tarixlər yoxdur, lakin səfərə hazırlıq gedir. Güman edirəm ki, bu, iki ölkədə keçiriləcək seçkidən dərhal sonra baş verəcək”, - mənbə bildirib.
Qeyd edək ki, Türkiyədə martın 31-də yerli hakimiyyət orqanlarına, Rusiyada isə martın 15-17-də prezident seçkisi keçiriləcək.
- Prezident Göyçə gölündən danışdı: Xəritəyə baxın!
- Məhkəmə: Təqsirləri sübutlarla təsdiqləndi
- Müharibədə birinci biz bunu tətbiq etmişik - Prezident
- Azərbaycanlıların qayıtması Ermənistanı qorxutmasın!
- Bu kürsüdən dövlət strukturlarına göstəriş verirəm...
- Təbii sərvətlər gec-tez tükənəcək - İlham Əliyev
- Prezident hərbi paraddan danışdı
- Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək