İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələri təlim zamanı uzaqmənzilli ballistik raketin buraxılışını uğurla həyata keçirib.
BUTA.TV xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-mayor Hüseyn Salami deyib.
“SEPAH-ın Hərbi Dəniz Qüvvələri bir sıra yeni nailiyyətlər əldə edib. İran Aerokosmik Qüvvələri ilə birlikdə hərbi gəmidən uzaqmənzilli ballistik raketin buraxılışının uğurla həyata keçirməsi bizim dəniz imkanlarımızı istənilən səviyyəyə çatdırıb”, - Səlami bildirib.
Onun sözlərinə görə, İrana qarşı hər hansı bir addıma sərt reaksiya veriləcək.
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video
- Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb