ABŞ Kərimovun yaxtasına milyonlar xərcləyir

13:54 - 13 Fevral 2024 - GÜNDƏM

 ABŞ Kərimovun yaxtasına milyonlar xərcləyir

ABŞ hakimiyyəti rusiyalı iş adamı, Rusiya Federasiya Şurasının üzvü Süleyman Kərimovla əlaqəli olan “Amadea” yaxtasını məhkəmə yolu ilə satmaq istəyir.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, yaxtanın saxlanması ayda 600 min dollara başa gəlir:

“Elan edilmiş məbləğə ekipajın maaşı üçün 360 min dollar, yanacaq üçün 75 min dollar və texniki xidmət, zibilin təmizlənməsi, yemək və digər xərclər üçün 165 min dollar daxildir. Aylıq ödənişlərə əlavə olaraq, ABŞ Ədliyyə Nazirliyi fevral ayında gəminin illik 1,7 milyon dollar sığorta haqqını ödəyəcək. Mart ayında “Amadea” yaxtasının təmiri planlaşdırılır ki, bu da 5,6 milyon dollara başa gəlir. Bu müddət ərzində ayda 600 min dollar ödəniş dayandırılacaq”, - məlumatda deyilir.

Qeyd olunur ki, məhkəmə gəminin əsl sahibini müəyyən etməlidir:

“ABŞ yaxtanın Kərimova məxsus olduğunu iddia edir. Lakin “Rosneft”in keçmiş rəhbəri Eduard Xudaynatov əmin edir ki, o, “Amadea”nın faktiki sahibidir. Onun vəkilləri bildiriblər ki, qanunsuz adlandırdıqları gəmi ona qaytarılarsa, o, təxminən 20 milyon dollara çatan yaxtanın saxlanması xərclərini ABŞ-a ödəyəcək. Vaşinqton Xudaynatovun iddialarını rədd edir, lakin israr edir ki, o, məhkəmə zamanı yaxtanın saxlanması xərclərini ödəməlidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol