Ermənilər bizim 4 kəndimizi işğal ediblər, hələ anklavları demirəm. Faktiki olaraq, Ermənistan qoşunları sərhədi keçib, bu 4 kəndimizi işğal edib. Azərbaycan konkret vaxt qoymalıdır ki, Ermənistan işğal etdiyi ərazilərdən qoşunları çıxarsən, bunu etməsə, dərhal güc tətbiq edib, kəndləri işğaldan azad etməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Teleqraf.com-a geniş müsahibəsində deyib.
“Anklavlar məsələsini bundan sonra və ya delimitasiya-demarkasiya məsələləri müzakirə ediləndə həll edə bilərik. Ermənistana təzyiqlər artırılmalıdır. Ermənistana təzyiq artırılmasa, sülh sazişini imzalamayacaq. Çünki Ermənistanın Qərbdəki tərəfdaşları və erməni diasporu bunu istəmir”, - o bildirib.
Q.Həsənquliyevin sözlərinə görə, bu əməliyyat mayın sonu – iyunun əvvəli bitməlidir.
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video
- Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb