Ermənistan ordusunun fevralın 12-də Zəngilan istiqamətində təxribat törədərək Dövlət Sərhəd Xidmətinin əsgəri Pərviz Xəlilzadəni yaralaması iki ölkə arasında münasibətlərin yenidən gərginləşdiyinə dair müzakirələrə rəvac verdi.
BUTA.TV xəbər verir ki, müzakirələr təkcə Azərbaycanın və Ermənistanın siyasi dairələri, sosial şəbəkələri ilə məhdudlaşmayıb. Başda ABŞ və Rusiya olmaqla böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar sərhəddəki insidentə reaksiya veriblər. Hazırda siyasi institutlar Ermənistanın ötən gün sərhəddə törətdiyi təxribatın pərdəarxası məqamlarını aydınlaşdırmağa çalışırlar.
Qeyd edək ki, Azərbaycanda olduğu kimi, Ermənistanda da mətbuat məlum təxribatın izahına geniş yer ayırıb. Başda “Hraparak” olmaqla, Ermənistanın əksər müstəqil və müxalifət KİV-ləri bu mövzuya geniş yer ayırıb. Maraqlıdır ki, erməni mətbuatı sərhəddəki insidentə görə rəsmi İrəvanı ittiham etməkdən çəkinmir. Erməni KİV-ləri iki ölkə arasında münasibətlərin gərginləşməsini Paşinyan hökumətinin daxili siyasətdə uğursuzluğa düçar olması kimi qiymətləndirirlər. Müstəqil və müxalifyönlü erməni analitiklər iddia edirlər ki, Paşinyan bir çox qurumlar, o cümlədən ordu üzərində nəzarəti itirib. Sərhəddəki son qanlı toqquşmanın da bu üzdən baş verdiyi bildirilir.
Xatırladaq ki, Ermənistanın hərbi generalitetinin Paşinyanla münasibətlərinin hamar olmadığına dair əvvələr də məlumatlar yayılmışdı. Nikol Paşinyanın küçə inqilabı nəticəsində hakimiyyətə dırmanması ilk növbədə özlərini Birinci Qarabağ müharibəsindəki qələbənin memarı hesab edən yüksək rütbəli erməni hərbiçiləri üçün ağır zərbə olmuşdu. Paşinyan hakimiyyətə gələndən dərhal sonra “Rusiyayönümlü” ittihamı ilə 10-dan çox erməni generalını işdən çıxarmışdı. Bunların arasında sabiq nazir, nazir müavinləri və baş qərargah rəisləri də vardı. Ermənistan ordusunda aparılan “təmizləmə” əməliyyatı ordu ilə hakimiyyət arasında ziddiyətləri bir qədər də kəskinləşdirdi. 44 günlük müharibədən sonra tərəflər arasındakı ziddiyətlər açıq müstəviyə çıxaraq düşmənçilik xarakteri aldı.
Hadisələrin inkişafı Nikol Paşinyanın Ermənistan ordusu üzərindəki nəzarəti tamamilə itirdiyini, təxribat cəhdlərinin qarşısını almaqda aciz olduğunu göstərir. Erməni analitiklər bu kontekstdən çıxış edərək, sərhəddə növbəti təxribatların baş verə biləcəyini istisna etmir. Onların fikrincə, Paşinyanın istəyindən asılı olmayaraq, onun hakimiyyətini zəiflətmək sitəyən qüvvələr bu əməllərini davam etdirəcəklər. Bu isə Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının heç də rəvan getməyəcəyinə işarə sayıla bilər. Sərhəddəki sonuncu insident növbəti toqquşmaların qaçılmaz olduğunu göstərir. Amma əsas odur ki, Azərbaycan Ordusu zamanından və məkanından asılı olmayaraq, bütün təxribatları dəf etməyə hazırdır.
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?