Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, xaricdə yaşayan bloger Qabil Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
BUTA TV APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Qabil Məmmədova qiyabi hökm oxunub. Hökmə əsasən, o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Qabil Məmmədova qarşı Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Q.Məmmədov barəsində bu ilin yanvarında Binəqədi rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs qərarı çıxarılıb.
- Dəhşətli anlar: Təyyarəni qaçırıb AES-ə doğru sürdü
- ABŞ-la neft sazişi: Rodriges detalları açıqladı
- “Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var”
- İrland bloger “SSRİ-nin hələ də olduğu” ölkəyə getdi
- Belçika Rusiya vəsaitləri ilə bağlı təklifi rədd etdi
- Bu ölkə Avropa Birliyindən imtina etdi
- Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
- Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi