Rutte Putini aşağıladı: Qubernatordur, ciddiyə almayın!

11:24 - 5 Sentyabr 2025 - DÜNYA

 Rutte Putini aşağıladı: Qubernatordur, ciddiyə almayın!

“Biz Putinin gücünü çox böyütməməliyik. O, uzaqbaşı Texas qubernatoru qədər güclü ola bilər. Gəlin, onu çox ciddiyə almayaq”. Bu sözləri NATO-nun Baş katibi Mark Rutte alyans üzvlərinə müraciətində bildirib. Rutte Putini niyə Texas qubernatoru ilə müqayisə edib? Səbəb çox sadədir. Çünki Texasın ÜDM-i ilə Rusiyanın ÜDM-i hardasa bərabərir.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz bildirib.

O xatırladıb ki, Texasın nominal ÜDM-i 2024-cü ildə 2,709 trilyon dollar təşkil edib:

“Texas ABŞ ştatları arasında Kaliforniyadan sonra ikinci ən böyük iqtisadiyyat kimi tanınır. Hesablamalara görə, Texas müstəqilliyini elan etsə, iqtisadiyyatı baxımından dünyanın səkkizinci ən böyük dövləti ola bilər.

ABŞ ştatları arasında ən zəngini olan Kaliforniyanın ÜDM-i isə Beynəlxalq Valyuta Fondu (BVF) və ABŞ İqtisadi Təhlil Bürosunun (BEA) məlumatlarına əsasən, 2024-cü ildə 4,1 trilyon dollara çatıb. Bu isə o deməkdir ki, müstəqil olsaydı, Kaliforniya ABŞ, Çin və Almaniyadan sonra dünyanın 4-cü iqtisadi gücünə çevrilərdi.

Rusiyaya gəlincə, Dünya Bankının 2025-ci il proqnozuna görə, iqtisadiyyatı təqribən 2,08 trilyon dollar dəyərindədir. Nominal ÜDM-ə görə dünyada 11-ci yerdə qərarlaşıb.

Səthi məntiqlə, Rutte düz deyir. Hətta az belə deyir. İqtisadi gücünə görə Rusiya Texasdan çox-çox geridə qalır. Amma hərbi qüdrət başqadır, iqtisadi güc başqa. Rutte yaxşı olar ki, belə əlaqəsiz müqayisə aparmaqdansa, ABŞ-ı Rusiyaya qarşı cəbhədə yer almağa həvəsləndirsin. İlk baxışdan guya bunu edir, amma yanlış müqayisələrlə bu vəzifəni yerinə yetirmək olmaz. Düşmən bütün hallarda ciddiyə alınmalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol