2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yolları QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişləri haqda Rusiya Xarici İşlər Nazirliyi bir gün əvvəl ətraflı izahat verib. Təqdim olunan məlumatlar və rəqəmlər heç bir etiraz yaratmadı. Bunlar faktlardır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Qəribə gələn tesiz odur ki, Rusiya XİN mətbuat katibi bu ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbsinin guya Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə səbəb olduğunu iddia eib və münasibətlərin yaxşılaşması üçün onların azadlığa buraxılmasını şərt kimi irəli sürüb. Mətbuat katibi elə söz deməyib.
Bu il sentyabrın 4-də Şərq İqtisadi Forumundakı brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova aşağıdakı sözlərlə bildirib: " Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır. Mövzu bu il avqustun 22-də Həştərxanda keçirilən İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası zamanı ətraflı müzakirə olunub. Rusiyanın mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb".
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Onu da diqqətə çatdırırıq ki, sərnişin təyyarəsinin qəzaya uğrama şəraiti ilə bağlı Qazaxıstan Respublikası, Rusiya və Azərbaycan Respublikasının iştirakı ilə aparılan beynəlxalq təhqiqat HƏLƏ BAŞA ÇATMAYIB (Fərqləndirmə Rusiya XİN-ə məxsusdur - red.). Ölkəmizin faciənin səbəblərini aydınlaşdırmağa çalışdığına və baş verənlərin tam mənzərəsini təsəvvür etmək üçün əlindən gələni əsirgəməyəcəyinə heç kəsin şübhəsi olmasın”, - Rusiya XİN-dən qeyd ediblər.
Qeyd edək ki, ötən gün Mariya Zaxarova Bakı-Qroznı reysi ilə uçan və Qroznı səmasında Rusiya HHM qüvvələri tərəfindən vurulduğu üçün Aktau hava limanı yaxınlığında qəzaya uğrayan AZAL mülki təyyarəsinə görə sığorta ödənişlərinin artıq həyata keçirildiyini və bunun davam etdiyini açıqlamışdı.
Azərbaycan XİN isə bugünkü rəsmi açıqlamasında sığorta ödənişlərinin yanlış olaraq təzminat kimi anlaşılmaması gərəkdiyi haqda açıqlama yaymışdı.
- Azərbaycanda 50 min manatlıq yeni cərimə...
- “Müəllim niyə yazıq olsun ki, iş yeri, maaşı var...”
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
- Emin Ağalarovdan ev istədi, o isə saat hədiyyə etdi - Video
- Büdcə ilə bağlı qanun layihəsi III oxunuşda qəbul olundu
- Bu nəticələr narahatedicidir - Nazir
- Özünün və bacısının mənzilləri söküldü, ev verilmədi - Video
- 20 min müəllim... – Nazirdən şad xəbər