Sentyabrın 6-da Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi” adlı yüksəksəviyyəli nazirlər iclası baş tutub.
BUTA.TV xəbər verir ki, iqlim danışıqları prosesində Afrika qitəsi üçün ən həssas mövzulardan biri hesab olunan Afrikanın xüsusi vəziyyəti və ehtiyacları ilə bağlı keçirilən tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 2-ci İqlim Həftəsi çərçivəsində təşkil olunub. Tədbirdə 50-yə yaxın ölkə, eləcə də müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib.
İclasın açılış mərasimində COP29 Sədri Muxtar Babayev, COP30-un müəyyən edilmiş sədri Andre Korrea do Laqo, Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela, Afrika İttifaqının Komissiyası sədrinin nümayəndəsi səfir Amr Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun sədri Riçard Muyunqi çıxış ediblər.
Efiopiyanın planlaşdırma və inkişaf naziri F.A.Adela qitənin iqlim dəyişmələri üzrə mübarizədə dəstəyə ehtiyacının olduğunu vurğulayaraq, Azərbaycan tərəfinə həm tədbirin təşkilinə, həm də ümumilikdə Efiopiyada təşkil olunan 2-ci İqlim Həftəsinin uğuruna verdiyi töhfəyə görə təşəkkür edib.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Plenar müzakirələrdə dövlətlər, habelə beynəlxalq qurum nümayəndələri və maraqlı tərəflər mövzu ətrafında fikir mübadiləsi apararaq, beynəlxalq səviyyədə fəaliyyətlə yanaşı Afrikanın öncülük edəcəyi həll yollarının əhəmiyyətli olacağına diqqət çəkiblər.
Yüksəksəviyyəli nazirlər iclasına COP29 sədri Muxtar Babayevin və COP30-un müəyyən edilmiş sədri Andre Korrea do Laqonun bağlanış nitqi ilə yekun vurulub.
- Azərbaycanda 50 min manatlıq yeni cərimə...
- “Müəllim niyə yazıq olsun ki, iş yeri, maaşı var...”
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
- Emin Ağalarovdan ev istədi, o isə saat hədiyyə etdi - Video
- Büdcə ilə bağlı qanun layihəsi III oxunuşda qəbul olundu
- Bu nəticələr narahatedicidir - Nazir
- Özünün və bacısının mənzilləri söküldü, ev verilmədi - Video
- 20 min müəllim... – Nazirdən şad xəbər