Cari ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 15 faiz azalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları təşkil edib və bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.
Hesabat dövründə xarici ticarətdə idxalın həcmi 10,2 faiz azalaraq 1 milyard dollar olub.
İxracın həcmi isə 26,3 faiz azalaraq 338 milyard dollar təşkil edib.
Gürcüstanın xarici ticarətində 663,4 milyon dollar həcmində mənfi saldo yaranıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Qeyd edək ki, 2023-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 21,5 milyard dollar olub. Bu da 2022-ci illə müqayisədə 12,5 faiz çoxdur.
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə
- AXCP-nin daha bir üzvü DTX-yə aparıldı
- Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi