Ermənistan Azərbaycanın əvvəlcədən razılaşdırılmış prinsiplər əsasında danışıqlara qayıtmasını gözləyir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının növbəti iclası çərçivəsində Aİ diplomatik xidmətinin rəhbəri Jozef Borrell ilə birgə brifinqdə deyib.
Mirzoyan Ermənistanın 2022-ci ilin oktyabrında Praqada və 2023-cü ilin payızında Qranadada dördtərəfli bəyanatlarını, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə 2023-vcü ilin may və iyul aylarında keçirilmiş üçtərəfli görüşlərdən sonra elan etdiyi qərarları yerinə yetirməyə hazır olduğunu təsdiqləyib.
O xatırladıb ki, erməni tərəfi əmindir ki, iki ölkə arasında sərhədin müəyyən edilməsi üçün əsas Sovet İttifaqının səlahiyyətli idarələrinin son xəritələri olmalıdır.
"Heç bir yeni sərhəd yaratmağa ehtiyac yoxdur: sadəcə olaraq göstərilən sərhədlər təkrarlanmalıdır", - Mirzoyan əlavə edib.
- 20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir
- Ayfon-17-lərin Bakıdakı qiyməti – Tam siyahı
- Azərbaycanla strateji addımlar atırıq – İrandan açıqlama
- Trampın Əliyevlə bağlı paylaşımı – Bozoyan “narahat” oldu
- Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
- Qaçqın-köçkünlər Bakıdan əl çəkmir: sayı 3 milyonu ötüb
- Deputat istefa verdi, bütün rəhbər heyət getdi
- Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!