Bakının bu rayonlarında qaz olmayacaq

09:26 - 14 Fevral 2024 - GÜNDƏM

 Bakının bu rayonlarında qaz olmayacaq

Bakının Xətai və Sabunçu rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinə istinadən məlumat verir.

Belə ki, Xətai rayonunda yerləşən “Əhmədli” QPS ərazisində siyirtmənin yenisi ilə əvəz olunması və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi 110 ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 14.02.2024-cü il tarixdə saat 10:00-dan orta təzyiqli qaz kəmərlərindən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonu üzrə Gəncə prospekti, N.Tusi, A.Qurban, X.Məmmədov və M.Hadi küçələrinin, Sabunçu rayonu üzrə isə Bakıxanov qəsəbəsinin R.Axundzadə, İnşaatçılar, Ə.Cəfərov, A.Mustafayev, A.Pəri, N.Səlimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol