Türkiyədə başqa seriala da çəkilirəm - Fəlakət

13:30 - 14 Fevral 2024 - GÜNDƏM

 Türkiyədə başqa seriala da çəkilirəm - Fəlakət

Kult.az aktyor Elşən Orucovla müsahibəni təqdim edir:

- Elşən bəy, necə oldu ki, Türkiyədə “Mən bu cahana sığmazam” serialının çəkilişinə getdiniz? Özünüz müraciət eləmişdiniz, ya sizi tanıyırdılar, dəvət elədilər?

- Ozan abi ilə yaxşı münasibətimiz var. Onun sayəsində də Oqtay Kaynarcanı və rejissor Mustafa Şövqü Doğanı tanıdım.

- Yəni belə çıxır ki, tanışlığa görə çağırdılar?

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

- Yox. Əvvəllər bir-iki dəfə çəkilişlərə getmişliyim olmuşdu, sonra da özləri bəyəndilər, təklif elədilər. Amma Ozan Ağbabanın bu təklifdə rolu danılmazdır.

- Necə düşünürsünüz, bu sizə nə cür təsir edəcək? Fəlakət obrazından birdən-birə çıxa biləcəksiniz?

- Mənim üçün bu, yenilikdir. Özümü burada da sınayıram. Nəticəsi isə sonda müəyyən olacaq, izləyicilər özü qərar verəcək.

- Başqa təkliflər varmı? Təkcə bu serialla yekunlaşırsınız? Həm də cəmi bir seriyada çəkildiniz…

- Mən hazırda da İstanbuldayam və əlavə olaraq başqa bir serial çəkilişinə hazırlaşıram. Onun haqqında isə əlavə məlumat veriləcək.

- Sirr deyilsə, bəlkə özünüz burada elan edəsiniz?

- Bir müddət sonra TRT-də yayımlanacaq “Çıraq” serialında da rol almışam. Serial təqdim olunana yaxın ətraflı məlumatlar veriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol